Deputat Əhliman Əmiraslanovun oğlu oğurlandı: 5 milyon dollara buraxılıb

 Deputat Əhliman Əmiraslanovun oğlu oğurlandı:  5 milyon dollara buraxılıb
  03 Oktyabr 2022    Oxunub:3588
Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.
AzVision.az Musavat.com-a istinadən xəbər verir ki, danışıqların nəticəsi olaraq oliqarx deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

Deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmasının üzvləri olublar.

Qeyd edək ki, oliqarx deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.

***
Bakupost.az saytı isə oğurlanan şəxsin Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov olduğunu yazıb.

Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığı bildirilib.

***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azər Əmiraslanov İstanbulda oğurlanıb. Bildirilir ki, A. Əmiraslanov bir müddət əvvəl Türkiyədə yaşayan kriminal aləmin üzvləri ilə problem yaşayıb. O, kriminal dairələrdən Türkiyənin hüquq-mühafizə orqanlarına şikayət edib və onların saxlanılmasına nail olub.



AzVision.az


Teqlər:





Xəbər lenti