Ukrayna Baş Prokurorluğu: 416 uşaq həlak olub

      Ukrayna Baş Prokurorluğu:    416 uşaq həlak olub
  03 Oktyabr 2022    Oxunub:661
Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ölkədə 416 uşaq ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“2022-ci il oktyabrın 3-də səhərə olan məlumata görə, Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1200-dən çox uşaq zərər çəkib, 416 uşaq ölüb, 784-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda deyilir.

Rusiya silahlı qüvvələrinin bombardmanları və mərmiləri nəticəsində 2562 təhsil müəssisəsi zərər görüb. Onlardan 295-i tamamilə məhv edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti