Rusiya Polşada hava limanlarına hücum edə bilər - Marko Rubio

   Rusiya Polşada hava limanlarına hücum edə bilər -    Marko Rubio
  03 Oktyabr 2022    Oxunub:685
ABŞ Senatının Kəşfiyyat Komitəsindən olan senatoru Marko Rubio diqqət çəkən açıqlama verib. Onun sözlərinə görə, Rusiya ordusunun döyüş meydanlarındakı bir sıra məğlubiyyətlərindən sonra prezident Vladimir Putin Ukraynaya hərbi yardımların gəldiyi nöqtələrə hücum əmri verə bilər. Xüsusilə, bu, Polşadakı hava limanları olacaq.
AzVision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kreml ilhaqı tanıtdırmağa çalışır
Senatorun sözlərinə görə, NATO ölkəsinin ərazisinə, məsələn, Polşanın hansısa hava limanına hücum ehtimalı onu indi çoxlarının danışdığı nüvə zərbəsi ehtimalından daha çox narahat edir.

Bununla belə, Rubio Putinin Ukraynaya qarşı müharibədə qalib gələcəyi ssenarini də təsəvvür edə bilmədiyini qeyd edib.

O fikirlərinə onu da əlavə edib ki, indi Rusiya ordusunun qarşısında iki seçim var. Bunlardan biri ələ keçirilən indiki əraziləri Rusiyanın nəzarətində saxlamağa çalışmaq ki, bu da illərlə davam edə bilər. Ya da indiki kimi tədricən geri çəkilməyə davam etmək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Senator   Ukrayna   Polşa  





Xəbər lenti