Sobçaka qarşı cinayət işi açıla bilər

Sobçaka qarşı cinayət işi açıla bilər
  03 Oktyabr 2022    Oxunub:638
Jurnalist Kseniya Sobçaka qarşı cinayət işi açıla bilər.
Belə ki, Rusiya Təhqiqat Komitəsinə jurnalistin dövlət hakimiyyəti haqqında yalan məlumatlar yayması barədə materiallar daxil olub. Hüquq mühafizə orqanlarından bildiriblər ki, söhbət festivalların dövlət tərəfindən maliyyələşdirməsi barədə yalan xəbərlərdən gedir.

Qeyd olunub ki, rejissor Vitali Manskoy Kseniya Sobçakın yutub kanalında yayılmış müsahibəsində Moskva Beynəlxalq Kinofestivalına ayrılan büdcənin guya 85 faizinin oğurlandığını demişdi. Bundan sonra rejissora qarşı cinayət işi qaldırılmışdı.

Rusiya İstintaq Komitəsi bir ay ərzində Kseniya Sobçaka qarşı cinayət işinin açılıb-açılmaması barədə qərar qəbul edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti