İrandan Türkiyəyə çəkilən magistral qaz kəmərinin işi dayandırılıb

   İrandan Türkiyəyə çəkilən magistral qaz kəmərinin işi dayandırılıb
  03 Oktyabr 2022    Oxunub:859
İrandan Türkiyəyə çəkilən magistral qaz kəmərinin fəaliyyəti dayandırılıb. Bu barədə Türkiyənin boru kəməri operatoru Botaş məlumat yayıb.
Qeyd olunur ki, bu, oktyabrın 9-dək davam edəcək planlı profilaktik işlərlə bağlıdır.

İran Türkiyəyə Rusiyadan sonra ikinci təbii qaz tədarükçüsüdür. 2021-ci ildə İran Türkiyəyə 9,433 milyard kubmetr ,2022-ci ilin 7 ayı üçün isə 5,3 mlrd kubmetr qaz satıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti