Türkiyədə mikroavtobus qəzası: 20-dən çox yaralı
Bursadan Tunceli şəhərinin Ovaçık rayonu istiqamətində hərəkətdə olan mikroavtobus Qızıldağ rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Hadisə yerində həkimlər tərəfindən tibbi yardım göstərilən zərərçəkənlər Ərzincan, Refahiyə və Sivas İmralı xəstəxanalarına göndərilib.
Mikroavtobusda olan şəxslərin dəfn mərasimi üçün Ovaçık rayonuna yollandığı məlum olub.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: