İranda etirazlar: 133 nəfər ölüb

 İranda etirazlar:  133 nəfər ölüb
  03 Oktyabr 2022    Oxunub:1210
İranda davam edən etirazlar zamanı ən azı 133 nəfər ölüb, onlardan qırxdan çoxu Zahedan şəhərində öldürülüb .
Bu barədə Nyu-Yorkda yerləşən İran İnsan Haqları təşkilatı məlumat yayıb. Qeyd olunub ki, Zahedanda etirazçılar 15 yaşlı qızı zorlayan polis rəisinin cəzalandırılmasını tələb ediblər. Bəzi şəhər sakinləri polis binası istiqamətində daş atıb, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobilini yandırıblar.

Polislər isə insanların haqqını tələb etməsini terror hücumu kimi qiymətləndirib və etirazçılara atəş açıblar. Nəticədə, müxtəlif mənbələrə görə, 19-dan 58-ə qədər insan ölüb, yüzlərlə insan yaralanıb.


AzVision.az



Teqlər: İran   Hindistan  





Xəbər lenti