İran təyyarəsində bomba həyəcanı: Qırıcılar havaya qalxdı

      İran təyyarəsində bomba həyəcanı:    Qırıcılar havaya qalxdı
  03 Oktyabr 2022    Oxunub:644
İran aviaşirkəti Hindistan üzərində uçan təyyarədə bomba təhlükəsi barədə Dehli aviasiya rəsmilərinə məlumat verib.Bu barədə ANI agentliyi mənbələrə istinadən xəbər verir.
“Hindistan hava məkanı üzərində İrana məxsus sərnişin təyyarəsinin göyərtəsindəki bomba təhlükəsi xəbəri həyəcan vericidir. Hərbi Hava Qüvvələrinin təyyarələri havaya qalxıb”, - deyə məlumatda bildirilir.

Agentliyin məlumatına görə, Mahan Air aviaşirkəti Dehli aeroportunun Hava Hərəkəti İdarəsi ilə əlaqə saxlayıb və ona təcili eniş etməsi bildirilib.

“Dehli hava nəqliyyatı idarəsi təyyarəyə Caypura getməyi təklif edib, lakin təyyarənin pilotu bundan imtina edib və Hindistanın hava məkanını tərk edib”, – agentlik bildirib.

Qeyd olunur ki, təyyarə Tehrandan havaya qalxıb və Quançjouya enməlidir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti