Ərdoğanın diplomatik bacarığı dünyanı ərzaq böhranından xilas etdi - Zelenskaya

    Ərdoğanın diplomatik bacarığı dünyanı ərzaq böhranından xilas etdi -    Zelenskaya
  02 Oktyabr 2022    Oxunub:587
Ərdoğanın diplomatik bacarığı dünyanı ərzaq böhranından xilas etdi.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya İstanbuldakı Vahidəddin köşkündə Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşündə bildirib.

Zelenskaya bildirib ki, “taxıl dəhlizi” və əsirlərin mübadiləsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi və diplomatik bacarığı sayəsində reallaşıb. Məhz “taxıl dəhlizi” sayəsində dünya böyük ərzaq böhranından xilas olub.

Ukraynanın birinci xanımı prezident Volodimir Zelenskinin təşəkkür məktubunu Əminə Ərdoğana təqdim edib.

AzVision.az


Teqlər:





Xəbər lenti