Müəllim şagirdlərini dizi üstə çökdürüb cəzalandırdı - FOTO

   Müəllim şagirdlərini dizi üstə çökdürüb cəzalandırdı -    FOTO
  02 Oktyabr 2022    Oxunub:876
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Qırıxlı kənd ictmai məktəbində müəllimin şagirdlərini cəzalandırma metodu ictimaiyyətin narazılığına səbəb olub.
AzVision.az “Aktual.ge” portalına istinadən xəbər verir ki, kənd məktəbində gürcü dili fənnini tədris edən müəllim Rəhman Musayev dərsə hazırlıqsız gəlmiş 4-cü sinif şagirdlərini diz çökdürərək cəzalandırıb və onların fotosunu çəkərək paylaşıb.

Müəllimin cəzalandırma metodu ictimai fəalların narazılığına səbəb olub və faktın araşdırılması tələb edilib.

Məktəbin direktoru Mehman Musayev yerli mediaya açıqlamasında bildirib. O, qardaşı oğlu Rəhman Musayevin səhhətində problem olduğunu, ona görə də bu gün işdən çıxmaqla bağlı ərizə yazdığını, ərizənin qəbul edildiyini bildirib.

"Rəhman müəllim bu gün gəldi istefa ərizəsini təqdim etdi. O, bir neçə müddət əvvəl əməliyyat olunmuşdu, indi də gəldi istefa ərizəsini verdi və səhhətində problemlər olduğuna görə artıq məktəbdə işləmək istəmədiyini söylədi.

Rəhman Musayevin şagirdləri cəzalandırmasına gəlincə mən şəxsən bu məsələni araşdırıram, hətta bu gün valideynlərlə də əlaqə saxladım. Onlar övladlarının evdə bu barədə heçnə danışmadığını bildiriblər",- deyə Mehman Hüseynov qeyd edib.



AzVision.az





Teqlər:





Xəbər lenti