Fransa Ukraynaya özüyeriyən artilleriya qurğuları verəcək

Fransa Ukraynaya özüyeriyən artilleriya qurğuları verəcək
  01 Oktyabr 2022    Oxunub:424
Fransa Danimarkanın sifariş etdiyi “Sezar” özüyeriyən artilleriya qurğularının (AKS) bu ölkəyə çatdırılmasını ləğv edir. Buna səbəb silahların Ukraynaya tədarük edilməsidir.
AzVision.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Müvafiq üçtərəfli danışıqlar Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Volodimir Zelenskinin və Danimarkanın Baş Naziri Mette Frederiksenin iştirakı ilə keçirilib.

İddia olunur ki, Danimarka hökuməti Ukraynanın tələb etdiyi özüyeriyən silahları təhvil verməyə razılaşıb.

Qəzetin yazdığına görə, Makron Fransa ordusunun ehtiyatlarından Ukraynaya əlavə haubitsaların verilməsindən qəti şəkildə imtina edib.

Xatırladaq ki, Danimarka 2017-ci ildə 15, 2019-cu ildə 4 ədəd “Sezar” özüyeriyən artilleriya qurğuları sifariş verib. Danimarkanın sifarişlər döyüş maşınının daha ağır versiyalarıdır: silahın yerləşdiyi yük platformasında 12 deyil, 16 təkər var, çəkisi standart versiya üçün 18 deyil, 32 tondur.

AzVision.az

Teqlər: Fransa   Ukrayna  







Xəbər lenti