Britaniya Danimarka ilə birlikdə "Şimal axın"ına dəyən zərəri araşdıracaq

Britaniya Danimarka ilə birlikdə "Şimal axın"ına dəyən zərəri araşdıracaq
  01 Oktyabr 2022    Oxunub:402
Böyük Britaniya Danimarkaya "Şimal axını"nın zərərini araşdırmaqda kömək edəcək.
AzVision.az
Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Liz Trasın danimarkalı həmkarı Mette Frederiksenin ilə görüşündə bildirilib.

"Frederiksen ötən həftə Baş nazirə "Şimal axını" qaz kəmərinə dəymiş ziyan barədə məlumat verib. Onlar baş verənlərin açıq-aşkar təxribat aktı olduğu barədə razılığa gəliblər və insidentlərin birgə təhqiqatını müzakirə ediblər", - məlumatda deyilir.

Siyasətçilər külək enerjisinin inkişafı və milli təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərini də müzakirə ediblər.

Qeyd edək ki, sentyabrın 27-də Rusiyadan Avropaya qaz ixracının əsas marşrutu olan “Şimal axını” ilə qazın nəqli tamamilə dayandırılıb. Danimarka və İsveç hakimiyyət orqanlarının məlumatına görə, Bornholm adasının yaxınlığında “Şimal axını”nda iki və “Şimal axını 2”də bir qaz sızması aşkar edilib. Almaniya, Danimarka və İsveç təxribatı istisna etmir.

AzVision.az

Teqlər: Şimal-Axını   Britaniya   Danimarka  







Xəbər lenti