46 yaşlı kişi qətlə yetirilib

46 yaşlı kişi qətlə yetirilib
  01 Oktyabr 2022    Oxunub:854
Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində ötən gecə 46 yaşlı kişi qətlə yetirilib.
AzVision.az -ın məlumatına görə, Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Fuad Abdulhalimov şah damarının kəsilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1977-ci il təvəllüdlü Afdandil Kərimov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

AzVision.az



Teqlər: Qətl  





Xəbər lenti