Zelenski NATO-ya üzvlük ərizəsini imzaladı - VİDEO

   Zelenski NATO-ya üzvlük ərizəsini imzaladı -  VİDEO
  30 Sentyabr 2022    Oxunub:1065
Prezidenti Vladimir Zelenski Ukraynanın sürətləndirilmiş qaydada NATO-ya üzvlüyü ilə bağlı ərizəni imzalayıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində bildirib. Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO alyansının bir hissəsidir.

“Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir... Biz Ukraynanın NATO-ya sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”, - Zelenski deyib.



AzVision.az




Teqlər:





Xəbər lenti