Aİ və G7 rusiyalı sahibkarların 30 milyardlıq aktivlərini dondurub

   Aİ və G7 rusiyalı sahibkarların 30 milyardlıq aktivlərini dondurub
  30 Sentyabr 2022    Oxunub:332
Avropa İttifaqı və “Böyük Yeddilik” qrupu (G7) rusiyalı sahibkarların 30 milyard avroluq aktivlərini dondurub.
AzVision.az xəbər verir ki, bu barədə Madriddə keçirilən “Yeni İqtisadiyyat” forumunda çıxış edən Avropa İttifaqının ədliyyə üzrə komissarı Didye Reynders məlumat verib.

"Bu müddət ərzində Avropadakı oliqarxların14,6 milyard avrosunu dondurmaq mümkün olub. Böyük yeddilik ilə birlikdə bu, 30 milyard avrodur. Rusiya Mərkəzi Bankına ehtiyatlarının isə 300 milyon avrosu müsadirə olunub”, - Avropa komissarı bildirib.

AzVision.az

Teqlər:







Xəbər lenti