Rusiyada polislərə ölkədən çıxış qadağan olundu

   Rusiyada polislərə ölkədən çıxış qadağan olundu
  30 Sentyabr 2022    Oxunub:730
Rusiyada polislərin ölkədən çıxışına qadağa qoyulub. Dövlət sirlərinə çıxışı olan işçilər isə xarici pasportlarını təhvil verməlidirlər.
AzVision.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

Yeni qaydalara əsasən, sentyabrın 23-dən Daxili İşlər Nazirliyinin şəxsi heyəti və rəhbərliyi, o cümlədən qadın işçilərin Rusiyanı tərk etmək hüququ yoxdur.

Artıq qadağalara düşən adları təsdiqlənmiş şəxslər ölkəni tərk etmək üçün sentyabrın 21-dən əvvəl aldıqları biletlərin və otel rezervasiyalarının surətlərini göstərməlidirlər. Ancaq bu da, onlara Rusiyanı tərk etməyə kömək olmayacaq.
Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti