Stoltenberq planlaşdırılmamış bəyanatla çıxış edəcək

Stoltenberq planlaşdırılmamış bəyanatla çıxış edəcək
  30 Sentyabr 2022    Oxunub:723
NATO-nun baş katibi Yens Stoltenberq bu gün yerli vaxtla saat 18.00-da planlaşdırılmamış mətbuat konfransı keçirəcək. Alyansın mətbuat xidmətinin bəyanatına görə, çıxışın mövzusu barədə məlumat verilməyib.
Cümə axşamı NATO-nun mətbuat xidməti “Şimal axını” boru kəmərlərində baş verən insidentlərlə bağlı bəyanat yayıb. Bildirilib ki, “Şimal axını” qaz kəmərlərindəki sızıntılar düşünülmüş hərəkətlərin nəticəsidir. NATO zərərin səbəbini müəyyən etmək üçün təhqiqatı dəstəkləyir və müttəfiqlərin kritik infrastrukturunu qorumağa hazırdır.

Sənəddə deyilir: “Müttəfiqlərin kritik infrastrukturuna qarşı hər hansı qəsdən edilən hücum qətiyyətli cavabını alacaq”.

Bazar ertəsi Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərində eyni vaxtda insidentlər baş verib. Danimarka və İsveç səlahiyyətlilərinin məlumatına görə, Bornholm adasının yaxınlığında "Şimal axını"nda iki və "Şimal axını 2"də bir qaz sızması aşkar edilib.

Rusiya insident məlum olan kimi Danimarkadan “Şimal axını”nda fövqəladə vəziyyətlə bağlı rəsmi məlumat istəyib.

Danimarka hakimiyyəti qaz sızması yerində baş verən partlayışlar barədə Rusiyaya məlumat verib. “Şimal axını”nın operatoru “Nord Stream AG” qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmirin vaxtını təxmin etmək mümkün olmadığını bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti