Humanitar karvana raket atıldı: 23 ölü, 28 yaralı

Humanitar karvana raket atıldı:    23 ölü, 28 yaralı
  30 Sentyabr 2022    Oxunub:674
Sentyabrın 30 - u səhər saatlarında Ukraynanın Zaporojye bölgəsi raket atəşinə məruz qalıb. Zaporojye Hərbi-çülki adminstrasiyasının sədri Oleksandr Staruxun yaydığı məlumata görə, əsas hədəf mülki humanitar karvanı olub.
“Raket hücumları zamanı insanlar qohumlarını götürmək və yardım gətirmək üçün müvəqqəti işğal olunmuş əraziyə getmək üçün növbəyə durmuşdular”, - o qeyd edib.

İlkin məlumatlara görə, 23 nəfər həlak olub, 28 nəfər yaralanıb. Ölən və yaralananların hamısı mülki şəxslər olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Raket  





Xəbər lenti