"Şoyquya inam itib, Putin komandirlərlə işləyir" - Müharibə Araşdırmaları İnstitutu

   "Şoyquya inam itib, Putin komandirlərlə işləyir" -    Müharibə Araşdırmaları İnstitutu
  30 Sentyabr 2022    Oxunub:355
Rusiyanın qismən səfərbərliyindəki bürokratik uğursuzluqlar prezident Vladimir Putinin yenidən birbaşa döyüş meydanında olan komandirlərlə işlədiyini göstərir.
AzVision.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (İSW) məlumat yayıb.

"Səfərbərliyə alınanlara lazımınca təlim keçirilmir" - Müharibə Araşdırmaları İnstitutu
Putinin Müdafiə Nazirliyi vasitəsilə standart rabitə prosedurlarından yan keçərək komandirlərlə birbaşa əlaqəyə girməsi sübut edir ki, hazırlıqsız olan yeni çağırışçılar dərhal cəbhənin qaynar nöqtələrinə yerləşdiriliblər. Komandirlərin özləri belə təcili şəkildə mövqeləri gücləndirməklə maraqlandıqlarından səfərbər edilənlərin standart hərbi təcrübəyə malik olmamalarından narahatlıq keçirmirlər.

Analitiklərin fikrincə, bu yeni proseslər həm də Şoyquya inamın itirilməsindən xəbər verir.

“Kreml rəsmiləri və Rusiya Müdafiə Nazirliyinin səfərbərliklə bağlı istifadə etdiyi ziddiyyətli prosedurlar həm də Putinin ali baş komandan kimi fərqli və ya bir-birinə zidd əmrlər verdiyini göstərir”,- Müharibə Araşdırma İnstitutunun hesabatında deyilir.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Rusiya   Səfərbərlik  







Xəbər lenti