Bakıda ustanı elektrik cərəyanı vurub öldürdü

Bakıda ustanı elektrik cərəyanı vurub öldürdü
  30 Sentyabr 2022    Oxunub:935
Sentyabrın 29-u saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki “Biləcəri daş bazarı”nda çalışan 1984-cü il təvəllüdlü Xəqani Əzizovu elektrik cərəyanı vuraraq öldürüb.
Bu barədə AzVision.az -a Binəqədi Rayon Prokurluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Xəqani Əzizov usta kimi işlədiyi “Biləcəri daş bazarı” adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərəkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti