Türkiyə Kiprdəki hərbi gücünü artıracaq - Çavuşoğlu

   Türkiyə Kiprdəki hərbi gücünü artıracaq -    Çavuşoğlu
  29 Sentyabr 2022    Oxunub:562
Türkiyə Kiprdə hərbi gücünü artıracaq və Kipr türklərinin maraqlarını qorumaq üçün adanın şimalını bütün lazımi silahlarla təmin edəcək.
AzVision.az xəbər verir ki, bunu Pamukkale Universitetinin tələbələri ilə görüşündə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Ankara adanın türk icmasının maraqlarını müdafiə etmək üçün bütün lazımi addımları atacaq. "Bütün dünya qarşımızda dursa belə, Türkiyə mövqeyindən dönməyəcək, Egey və Aralıq dənizlərində olduğu kimi Kiprdə də öz maraqlarını qoruyacaq", - deyə M.Çavuşoğlu bildirib.

Nazir Kiprin yunan icmasına silah embarqosunu ləğv edən ABŞ hakimiyyətinin mövqeyini tənqid edib.

M.Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə son söhbətinin təfərrüatlarını da açıqlayıb. "Mən E.Blinkenə təklif etdim ki, o, istəyirsə Kipr yunanlarına maliyyə yardımı göstərsin, amma silahla təmin etməsin və açıq şəkildə Nikosiyanı kimə qarşı silahlandırdıqlarını soruşdum", - deyə nazir əlavə edib.

Onun sözlərinə görə, ABŞ-ın hərəkətlərinə cavab Türkiyənin Şimali Kiprdə hərbi gücünü artırmaq olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti