Senat qanun layihəsini qəbul etdi: Ukraynaya 12,4 milyardlıq əlavə yardım

      Senat qanun layihəsini qəbul etdi:    Ukraynaya 12,4 milyardlıq əlavə yardım
  29 Sentyabr 2022    Oxunub:641
ABŞ Senatı Ukraynaya 12,4 milyard dollar məbləğində əlavə yardım da daxil olmaqla, hökumətin maliyyələşdirilməsinin davam etdirilməsi haqqında qanun layihəsini təsdiqləyib.

Təşəbbüsü 60-dan çox qanunverici dəstəkləyib ki, bu da onun təsdiqi üçün zəruri idi. Səsvermə davam edir.Qanun layihəsi yerli vaxtla cümə günü gecə yarısına qədər Konqresin hər iki palatası tərəfindən təsdiqlənməlidir.

Əks halda, federal departamentlər oktyabrın 3-dən etibarən işini dayandırmağa məcbur olacaqlar. Nümayəndələr Palatasının qanun layihəsinə cümə günü səs verəcəyi gözlənilir.

Sənəddə Ukrayna ilə bağlı yardım, o cümlədən təlimlərin keçirilməsi, hərbi texnika, silah-sursat, maddi-texniki təminat, habelə Ukrayna hökumətinə birbaşa maliyyə dəstəyi üçün ümumilikdə 12,4 milyard dollar ayrılması nəzərdə tutulur.

O cümlədən hərbi yardım üçün 3 milyard dolların ayrılması planlaşdırılır. Daha 4,5 milyard dolların Kiyevin iqtisadi dəstəyinə, o cümlədən hökumətə makroiqtisadi sabitliyi təmin etmək və vətəndaşlar üçün əsas xidmətlər göstərməyə imkan yaratmaq məqsədilə Ukrayna hökumət orqanlarının işinin təmin edilməsinə yönəldilməsi təklif edilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti