“Türk axını”nın lisenziyası ləğv edildi

      “Türk axını”nın    lisenziyası ləğv edildi
  29 Sentyabr 2022    Oxunub:1602
Avropa İttifaqının sanksiyaları səbəbindən “Türk axını” qaz kəmərinin operatorunun ixrac lisenziyası vaxtından əvvəl ləğv edilib. Bu o deməkdir ki, kəmərlə qazın nəqli davam etdirilə bilər, amma ona yalnız qəza xidməti göstəriləcək.
“Türk axını” hazırda Rusiya qazını maneəsiz olaraq Avropaya nəql edən yeganə kəmərdir. Onun iki qolu ilə ildə 33 milyard kubmetr qaz nəql edilir. Bunun yarısı Türkiyəyə gedir, kəmərin ikinci qolu isə Avropa İttifaqına daxil olur. Bolqarıstandan keçərək qazı Yunanıstan, Şimali Makedoniya, Serbiya və Macarıstan arasında paylayır.

Ekspertlərin fikrincə, bu kəmərlə qazın nəqli dayandırılarsa, Cənub-Şərqi Avropanın təchizatı ildə 16 milyard kubmetr azalacaq. Nəticədə Macarıstan və Serbiya qazsız qala bilərlər.

Bu arada, Şimal Axını kəmərlərinin zədələnməsi ilə bağlı həmin xəttlə qazın verilməsi 30 faizədək azalıb.

Məhəmməd Əli
AzVision.az




Teqlər: Qaz   Türk-axını  





Xəbər lenti