“Çoxdan içəri atmaq lazım idi!”- Deputat Puqaçova haqqında

   “Çoxdan içəri atmaq lazım idi!”-    Deputat Puqaçova haqqında
  29 Sentyabr 2022    Oxunub:656
Rusiya Dövlət Dumasının deputatı Aleksandr Boroday Ukraynadakı xüsusi əməliyyatı tənqid edən və əri Maksim Qalkinin ardınca özünün də “xarici agent” kimi tanınmasını istəyən müğənni Alla Puqaçovanı cəmiyyətin mübarizə aparmalı olduğu “iyrənc varlıq” adlandırıb.
AzVision.az xəbər verir ki, o, Puqaçovada Rusiya pasportunun olmasını ədalətli saymadığını deyib və sənətçini ölkəni tərk edib İsrailə getməyə çağırıb.

“Rusiya pasportu olan bir çox insan ona sahib olmamalıdır. Eləcə də Alla Puqaçova. Hansı əsasla onda Rusiya pasportu var? Götürüb gəldiyi yerə getsin! İsrailə! Bütün uşaqları, ailə üzvləri, itləri və hər şeyilə birlikdə, – Boroday deyib.

“İndi mən onları təcili içəri atmağı (həbs etməyi:red) təklif etmirəm. Baxmayaraq ki, prinsipcə bu, onların bütün açıqlamalarından sonra mümkün olardı. Bütün bu təbliğatlarından sonra bu, çoxdan edilməli idi…”, – deputat əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti