"Bir ətək pul tökdük, silah verən olmadı"- Paşinyan gileyləndi

 "Bir ətək pul tökdük, silah verən olmadı"-   Paşinyan gileyləndi
  29 Sentyabr 2022    Oxunub:1643
Ermənistanın baş naziri Nikol Paşinyan bəzi dövlətlərin, o cümlədən Ermənistanın müttəfiqlərinin sifariş edilən yüz milyonlarla dollar dəyərində silahı verməkdən imtina etdiyini bildirib.
“Yüz milyonlarla dollar ödənilib, lakin çatdırılma öhdəlikləri nəyinki digər, o cümlədən müttəfiq ölkələr tərəfindən yerinə yetirilməyib. Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik”, - Paşinyan cümə axşamı Ermənistan hökumətinin iclasında bildirib.

Hökumət başçısı vurğulayıb ki, Azərbaycan Ermənistana silah verilməsinin qarşısının alınmasında mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan imkan daxilində bütün istiqamətlərdə, o cümlədən müttəfiqlər tərəfindən silah tədarükünün qarşısını alır.

Qeyd edək ki, ötən həftə də Paşinyan çıxışında bildirmişdi ki, bəzi ölkələr Ermənistana silah satmağa hazır deyil, bəziləri hazırdır. Amma bəziləri də var ki, həmin hazır ölkələrin Ermənistana silah satılmasının əleyhinədir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti