Ödəniş sistemləri barədə qanun layihəsi hökümətə təqdim edilib

Ödəniş sistemləri barədə qanun layihəsi hökümətə təqdim edilib
  29 Sentyabr 2022    Oxunub:1176
"Fintexlərin həm tənzimlənməsi, həm də ekosistemə rahat daxil olmasını dəstəkləmək üçün hazırlanan ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanun layihəsi artıq hökümətə təqdim olunub".
AzVision.az xəbər verir ki, bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib. Onun sözlərinə görə qanun layihəsinin yaxın zamanda qəbulu gözlənilir:

Direktor əlavə edib ki, Mərkəzi Bank qanun layihəsi ilə paralel olaraq normativlərin də qəbul edilməsi istiqamətində çalışacaq.

"Çalışırıq ki, hazırlanan hər bir normativ sənəd - hüquqi akt ən qabaqcıl beynəlxalq təcrübənin ölkəmizə gətirilməsində vasitə olsun".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti