"Azərbaycanda təmassız kartlarla ödənişlər artıb" - Mərkəzi Bank

   "Azərbaycanda təmassız kartlarla ödənişlər artıb" -    Mərkəzi Bank
  29 Sentyabr 2022    Oxunub:771
"Azərbaycanda 13 milyon ödəniş kartı var və bu ötən dövrlə müqayisədə 22 faiz artım deməkdir. Bunun 9 milyonu təmassız kartlardır və bu sahədə 55 faiz artım qeydə alınıb".
AzVision.az xəbər verir ki, bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov bildirib. Onun sözlərinə görə, ölkədə təmassız ödənişlərin həm həcmi və həm sayı müvafiq olaraq 2.7 və 2.1 dəfə artıb:

"Nəticədə ötən dövrlə kart ödənişlərində nağdsız dövriyyənin çəkisi 13,5 faiz artıb. Bu sahədə böyük sıçrayış olub. Lakin bu göstərici qabaqcıl ölkələrin nəticələrindən geridir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti