“Kirayə ev” elanları ilə tələbələri aldadan şəxs saxlanıldı

“Kirayə ev” elanları ilə tələbələri aldadan şəxs saxlanıldı
  27 Sentyabr 2022    Oxunub:919
Bakıda “kirayə ev” adı altında tələbələri aldadan şəxs saxlanılıb.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

"Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər",- DİN-in məlumatında qeyd olunub.
AzVision.az



Teqlər:





Xəbər lenti