Çexiyada Senat və bələdiyyə seçkiləri yekunlaşıb

Çexiyada Senat və bələdiyyə seçkiləri yekunlaşıb
  24 Sentyabr 2022    Oxunub:636
Çexiyada Senata (parlamentin yuxarı palatası) və yerli hökumətlərə seçkilər başa çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Çexiya televiziyası məlumat yayıb.

İlkin məlumatlara görə, səsvermədə qeydiyyata alınmış 8,4 milyona yaxın seçicinin 50%-dən az hissəsi iştirak edib.

Yerli özünüidarə orqanlarına 195 214 nəfərin namizədliyi irəli sürülüb.

Senator seçkilərində siyasi partiyalar və hərəkatlar 178 namizədlə çıxış edib.

AzVision.az



Teqlər: Çexiya   Seçkilər  





Xəbər lenti