Uqandada Eboladan 11 nəfər olub

Uqandada  Eboladan 11 nəfər olub
  24 Sentyabr 2022    Oxunub:775
Uqandada bu ay başlayan Ebola epidemiyası 11 nəfərin ölümünə səbəb olub.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Keniyanın “Nation” qəzeti Uqanda Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Emmanuel Aynebyuna istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Uqandada daha 11 nəfərin qanında Ebola virusu aşkarlanıb, onların hamısı həkim nəzarətindədir.

Uqanda Səhiyyə Nazirliyi sentyabrın 20-də ölən 24 yaşlı kişidə virusun aşkarlanması ilə ölkədə Ebola xəstəliyinin yayıldığını açıqlayıb. O, ölkənin mərkəzi hissəsindəki Mubende bölgəsində yaşayırdı. Bu günə qədər Ebola virusuna yoluxmuş şəxslərlə təmasda olan 58 nəfər müəyyən edilib. Uqandanın “Çimreports” xəbər portalı onlardan dördünün gizləndiyini və hazırda həmin şəxslərin bütün ölkə üzrə axtarıldığını bildirib.

Uqandanın qonşuları olan Keniya və Tanzaniya regionda Ebola virusunun yayılmasının qarşısını almaq üçün təcili olaraq xarici sərhədlərində əlavə sanitar nəzarət tədbirləri görüblər.

AzVision.az



Teqlər: Uqanda   Ebola  





Xəbər lenti