Son sutkada 149 nəfər koronavirusa yoluxub

Son sutkada    149 nəfər    koronavirusa yoluxub
  24 Sentyabr 2022    Oxunub:621
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Bu barədə AzVision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İndiyədək ölkədə ümumilikdə 820 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 420 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 339 aktiv xəstə var. Bu günə qədər 9 903 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 938, bu günə qədər isə ümumilikdə 7 234 280 test icra olunub.

AzVision.az

Teqlər: Koronavirus  







Xəbər lenti