Tehrandan Kiyevə cavab: "Müvafiq addımlar atacağıq"

  Tehrandan Kiyevə cavab:  "Müvafiq addımlar atacağıq"
  24 Sentyabr 2022    Oxunub:944
Xəbər verdiyimiz kimi Ukrayna Xarici İşlər Nazirliyi İranın Kiyevdəki səfirinin akkreditasiyasını ləğv etmək və səfirliyin diplomatik işçilərinin sayını əhəmiyyətli dərəcədə azaltmaq qərarı verib. Bunun İranın Rusiyaya pilotsuz hücum aparatlarını satmasına cavab olaraq edildiyi bildirilir.
Bu gün isə Kiyevin İranla diplomatik münasibətləri zəiflətmək qərarına Tehrandan reaksiya gəlib.

Ukrayna hökuməti İran səfirinin etimadnaməsini etibarsız sayandan sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib:

"Bu qərar təsdiq edilməmiş məlumatlara əsaslanır".

Ukrayna İran səfirini akkreditasiyadan məhrum edib
Kənani, Ukrayna hökumətinin qərarına cavab olaraq İranın müvafiq addım atacağını vurğulayıb və Kiyevə iki ölkə arasında münasibətləri pozmağa çalışan üçüncü şəxslərin təsirinə düşməməyi tövsiyə edib.

"İranın Ukrayna və Rusiya arasındakı münaqişədə neytral siyasət yürüdür və müharibəyə qarşıdır"-, Kənani qeyd edib.

AzVision.az



Teqlər:   Ukrayna   İran  





Xəbər lenti