Vurulan nəhəng İran PUA-sı dənizə düşdü - VİDEO

  Vurulan nəhəng İran PUA-sı dənizə düşdü -    VİDEO
  24 Sentyabr 2022    Oxunub:787
Ukraynada növbəti dəfə İran istehsalı olan Pilotsuz Uçuş Aparatı (PUA) vurulub. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Espresso" nəşri PUA-nın dənizdən çıxarılması videosunu dərc edib.

"Ukraynada ilk dəfə olaraq "Mohajer-6" çoxməqsədli zərbə PUA-sı vurulub. Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin "Cənub" Hava Komandanlığının zenit-raket qüvvələri İran istehsalı olan PUA-nı sıradan çıxararaq səmadan endiriblər. O, kəşfiyyat, müşahidə, zərbə və digər hərbi məqsədlər üçün nəzərdə tutulub", - nəşr yazıb.

İranın PUA-ları Ukraynada vəziyyəti dəyişə bilərmi? - ARAŞDIRMA
Yerli media yazır ki, bu PUA İran istehsalı olan digər pilotsuz aparatlardan nəhəngliyi ilə seçilir.

Xatırladaq ki, bu gün Ukraynada İran istehsalı olan 2 PUA - nın vurulması barədə video görüntülər yayılmışdı.

Qeyd edək ki, hələ avqust ayının sonlarında “The Washington Post” hərbi mənbələrə istinadən İran PUA-larının ilk partiyasının Rusiyaya çatdırıldığını yazmışdı. Bildirilirdi ki, Tehran Rusiya tərəfinə radiolokasiya stansiyaları, artilleriya və digər hərbi obyektlərə hücumlar üçün sursat daşımaq qabiliyyətinə malik ən azı üç növ PUA verib. Söhbət "Mohajer-6" və "Şahed" seriyalı cihazlardan gedir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   PUA   Ukrayna   İran  





Xəbər lenti