Ukrayna hərbçiləri İran PUA-larını belə vurdular - VİDEO

 Ukrayna hərbçiləri İran PUA-larını belə vurdular -    VİDEO
  24 Sentyabr 2022    Oxunub:1888
Ukraynada növbəti dəfə İran istehsalı olan "Şahed-136" Pilotsuz Uçuş Aparatı (PUA) vurulub. AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın "Espresso" nəşri məlumat yayıb.
Qeyd edilir ki, İrandan əldə edilmiş və Rusiya hərbçilərinin idarə etdiyi iki pilotsuz təyyarə Dnepropetrovsk vilayətinə hücum edib. Ukrayna Hərbi Hava Qüvvələrinin ayıqlığı nəticəsində onlar vurularaq yerə endiriliblər.

İran PUA-larının ilk partiyası Rusiyaya çatdırılıb
Xatırladaq ki, bir neçə gün öncə də Ukraynada İran istehsalı olan PUA-ların vurulması barədə məlumat yayılmışdı.

Qeyd edək ki, hələ avqust ayının sonlarında “The Washington Post” hərbi mənbələrə istinadən İran PUA-larının ilk partiyasının Rusiyaya çatdırıldığını yazmışdı. Bildirilirdi ki, Tehran Rusiya tərəfinə radiolokasiya stansiyaları, artilleriya və digər hərbi obyektlərə hücumlar üçün sursat daşımaq qabiliyyətinə malik ən azı üç növ PUA verib. Söhbət "Mohajer-6" və "Şahed" seriyalı cihazlardan gedir.



Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   PUA   Rusiya  





Xəbər lenti