"Rusiya BMT Təhlükəsizlik Şurasından çıxarılmalıdır" - Mişel

   "Rusiya BMT Təhlükəsizlik Şurasından çıxarılmalıdır" -    Mişel
  24 Sentyabr 2022    Oxunub:692
"BMT Təhlükəsizlik Şurasının daimi üzvü Baş Assambleya tərəfindən qınanılan səbəbsiz və əsassız müharibəyə başladıqda, üzlükdən çıxarılması avtomatik olmalıdır".
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib O, Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasını təklif edib.

Mişel Rusiyanı yalan danışmaqda da ittiham edib. O vurğulayıb ki, bu ölkə hər hansı “xüsusi əməliyyat” deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlərin zorla dəyişdirilməsinə yönəlmiş səbəbsiz, qeyri-qanuni və əsassız müharibə aparır.

Avropa İttifaqı Şurasının rəhbəri Rusiyanın ona qarşı sanksiyalar səbəbindən dünyada ərzaq və gübrə qıtlığı yaşandığı barədə məlukmatlarının da yalan olduğunu bildirib. "Hələ müharibədən əvvəl Rusiya özü taxıl və gübrə ixracını kəskin şəkildə azaldıb - dünya bazarında qiymət dəyişkənliyinə töhfə verib, sonra isə dəniz ticarəti istisna olmaqla, Qara dəniz limanlarını zorla blokadaya alıb".

AzVision.az


Teqlər:





Xəbər lenti