Etirazlarda 35 nəfər ölüb - İran dövlət televiziyası

   Etirazlarda 35 nəfər ölüb -    İran dövlət televiziyası
  24 Sentyabr 2022    Oxunub:698
İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkədə başlayan etirazlarda 35 nəfər dünyasını dəyişib.
AzVision.az xəbər verir kii, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Xəbərdə ölənlərin dəqiq sayının rəsmi orqanlar tərəfindən açıqlanacağı qeyd edilib.

İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ölkənin bir çox şəhərlərində etirazlara səbəb olub. Etirazlar Tehran, Senendec, Kərəc, Təbriz, Məşhəd, Kiş, Kirman, Yəzd, Rəşt, Bənder Abbas, Abadan, Kirmanşah, Ərdəbil, İsfahan, Urmiyə, Kazvin, Zəncan, Mazenderan, Həmədan başda olmaqla bir çox şəhərlərə yayılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti