Ukrayna İran səfirini akkreditasiyadan məhrum edib

   Ukrayna İran səfirini akkreditasiyadan məhrum edib
  24 Sentyabr 2022    Oxunub:827
Ukrayna Xarici İşlər Nazirliyi İranın Kiyevdəki səfirinin akkreditasiyasını ləğv etmək və səfirliyin diplomatik işçilərinin sayını əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəlib. Bunun İranın Rusiyaya pilotsuz hücum aparatlarını satmasına cavab olaraq edildiyi qeyd edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

Həmçinin İranın Ukraynadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti