Ukrayna İran səfirini akkreditasiyadan məhrum edib

   Ukrayna İran səfirini akkreditasiyadan məhrum edib
  23 Sentyabr 2022    Oxunub:782
Ukrayna Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə əlaqədar İranın Ukraynadakı səfirini akkreditasiyadan məhrum etmək qərarına gəlib. Bu barədə RBC-Ukrayna Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenkonun səhifəsinə istinadən xəbər verir.
“Prezidentin tapşırığına uyğun olaraq Ukrayna Xarici İşlər Nazirliyi İranın Ukrayna ərazisində müharibə aparmaq üçün Rusiyaya silah tədarük etməsinə reaksiya olaraq cavab tədbirləri görür”, - məlumatda deyilir.

Nikolenkonun sözlərinə görə, Ukrayna İranın Ukraynadakı səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib.

Xarici İşlər Nazirliyi bildirib ki, İran tərəfinə silahların Rusiyaya tədarükü barədə məlumat verilib.

Bu, İranın ali rəhbərliyinin açıq şəkildə bəyan etdiyi neytrallıq, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət mövqeyinə birbaşa ziddir.

“Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah verilməsi Ukrayna və İran arasında münasibətlərə ciddi zərbə vuran qeyri-dost hərəkətdir”, - nazirlik bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti