Odessa yaxınlığında daha bir İran kamikadzesi vurulub

   Odessa yaxınlığında daha bir İran kamikadzesi vurulub
  23 Sentyabr 2022    Oxunub:447
Ukraynanın hava hücumundan müdafiə bölmələri Odessa yaxınlığında Rusiyanın daha bir kamikadze pilotsuz təyyarəsini vurub.
Bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbərinin mətbuat katibi Sergey Bratçuk özünün Telegram-kanalında məlumat verib.

Bratçuk əlavə edib ki, sentyabrın 23-də günorta saatlarında şərq və cənub istiqamətlərində rus ordusu İran istehsalı olan “Şahed-136” kamikadze təyyarələri ilə Ukraynaya hücum ediblər.

Saat 18:30-a olan məlumata görə, altı kamikadze pilotsuz təyyarə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələrini vurub.

"Bundan əlavə, ölkənin cənubunda Hərbi Hava Qüvvələrinin zenitçiləri düşmənin Su-25 hücum təyyarəsini məhv ediblər", - o əlavə edib.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti