Zelenski Almaniyaya yeni səfir təyin etdi

   Zelenski Almaniyaya yeni səfir təyin etdi
  23 Sentyabr 2022    Oxunub:606
Ukrayna prezidenti Vladimir Zelenski qalmaqallı açıqlamaları ilə tanınan Andrey Melnikin yerinə Aleksey Makeyevi Ukraynanın Almaniyadakı səfiri təyin edib. Müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc olunub.
Ukrayna mətbuatının yazdığına görə, Aleksey Makeyev 1975-ci ildə anadan olub və 1996-cı ildən diplomatik xidmətdədir. Uzun illər Ukrayna Xarici İşlər Nazirliyində siyasi direktor vəzifəsində çalışıb, həmçinin İsveçrə və Almaniyadakı səfirliklərdə işləyib. Hazırda Makeyev Ukrayna Xarici İşlər Nazirliyinin sanksiyalar siyasəti üzrə xüsusi nümayəndəsi vəzifəsini tutur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti