İranda aksiyalarda ölən və yaralananların sayı açıqlandı

   İranda aksiyalarda ölən və yaralananların sayı açıqlandı
  23 Sentyabr 2022    Oxunub:681
İranda son günlər baş verən aksiyalarda 17 nəfər ölüb, 95 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb. Müstəqil müşahidəçilər ölənlərin daha çox olduğunu düşünür.

Bildirilir ki, mitinqlərdə 61 təcili tibbi yardım və 25 yanğınsöndürən maşın yandırılıb. Bundan əlavə, Gilan vilayətinin polis rəisinin dərc olunan bəyanatına əsasən, əyalətin bir sıra şəhərlərində azı 128 etirazçı polis tərəfindən saxlanılıb.

Xatırladaq ki, İranda sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə böyük etirazlara səbəb olub. Aksiyalar Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərləri əhatə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti