Gürcüstanda turistləri daşıyan avtobus qəzaya uğrayıb

   Gürcüstanda turistləri daşıyan avtobus qəzaya uğrayıb
  23 Sentyabr 2022    Oxunub:500
Gürcüstanın Acarıstan bölgəsində turistləri daşıyan avtobus qəzaya uğrayıb.
< /strong>
AzVision.az xəbər verir ki, nəticədə iki xarici turist hadisə yerində həyatını itirib, 10-a yaxın insan yaralanıb. Yaralılar təcili yardım maşınları ilə Batumi klinikalarına aparılıb.

Qəza Keda bələdiyyəsinin Maxuntseti kəndi yaxınlığında baş verib. Sürətlə hərəkət edən mikroavtobusla iri tutumlu avtobus toqquşub.

Yerli sakinlərin sözlərinə görə, daha bir neçə nəfərə yerindəcə tibbi yardım göstərilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti