Tovuzda ağac aşdı: Azyaşlı və yeniyetmə öldü

      Tovuzda ağac aşdı:    Azyaşlı və yeniyetmə öldü
  23 Sentyabr 2022    Oxunub:734
Tovuzda 3 yaşlı uşağın və 17 yaşlı oğlanın üzərinə ağac aşaraq ölüb.
AzVision.az xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

Belə ki, küləkli hava şəraiti səbəbindən iri gövdəli ağac 2005-ci il təvəllüdlü Telman Allahverdiyevin və 2019-cu il təvəllüdlü F.Zeynalovun üzərinə aşıb.

Hər ikisi aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti