Ruslar Gürcüstana qaçır: Sərhəddə 6 kilometrlik avtomobil növbəsi yaranıb

      Ruslar Gürcüstana qaçır:    Sərhəddə 6 kilometrlik avtomobil növbəsi yaranıb
  23 Sentyabr 2022    Oxunub:851
Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elanından sonra etməsindən sonra ölkədə ajiotaj davam edir. Hərbi xidmətə çağırılma qorxusu ilə Rusiyanı tərk edənlər Türkiyə, Ermənistan və qonşu ölkələrə üz tuturlar.
AzVision.az xəbər verir ki, minlərlə Rusiya vətəndaşı avtomobil yolu ilə Gürcüstana keçməyə cəhd edir. Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində 6 kilometrlik avtomobil növbəsi yaranıb. Sərhəd nəzarəti gücləndirilib.

Bəzi Rusiya vətəndaşları uzun növbələr və tıxac səbəbindən maşınlarında gecələməli olublar. Gecə skuter və velosipedlərlə sərhədi keçənlər olsa da sonradan bunun qadağan edildiyi bildirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti