ATƏT-də Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib

ATƏT-də Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib
  23 Sentyabr 2022    Oxunub:591
Azərbaycan-Ermənistan sərhədində sentyabrın 12-13-də baş verən gərginliyi ATƏT-in fəaliyyətdə olan sədri və üzv ölkələrin XİN başçıları müzakirə ediblər.
AzVision.az xəbər verir ki, məlumatı ATƏT-in saytı yayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, İsveçin xarici işlər naziri Ann Linde, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə yanaşı ATƏT-in Baş katibi Helqa Mariya Şmidt də iştirak edib.

Məlumata görə, diplomatlar ATƏT-in bu istiqamətdə daha fəal iştirakının vacibliyindən danışıblar. Onlar Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etməsinin aktual olduğunu qeyd edərək bu istiqamətdə ATƏT-in regiondakı təcrübəsini xatırladıblar.

Qeyd edək ki, görüş BMT Baş Assambleyasının 77-ci sessisyası çərçivəsində baş tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti