Ermənistanda polis kapitanı öldürülüb

Ermənistanda polis kapitanı öldürülüb
  23 Sentyabr 2022    Oxunub:606
Ermənistan Polisinin əməkdaşı, Çəmbərək sakini Sipan Sarıbekyan qisas məqsədilə öldürülüb. AzVision.az xəbər verir ki, bu barədə İstintaq Komitəsi cinayət işinin bəzi təfərrüatlarını təqdim edərkən məlumat verib.
Qeyd edilir ki, sentyabrın 20-də axşam saatlarında adıçəkilən qəsəbədə 32 yaşlı polis kapitanının qətli ilə bağlı məlumat yayılıb.

İstintaq artıq qətli törədən şəxsin kimliyini müəyyən edib, onun 37 yaşlı Çəmbərək sakini olduğu üzə çıxıb.

İstintaq Komitəsinin məlumatına görə, sentyabrın 20-də saat 18:30 radələrində iaşə obyektlərinin birində polis əməkdaşını görən cani ora gedib və əvvəllər baş vermiş münaqişə zəminində onunla mübahisə edib. Daha sonra qisas almaq məqsədilə Sarıbekyana bir neçə bıçaq zərbəsi vurub. Faktla bağlı cinayət işi açılıb, ibtidai istintaq davam etdirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti