Rusiyada hərbi komissarlıqları yandırmaq istəyiblər

Rusiyada hərbi komissarlıqları   yandırmaq istəyiblər
  23 Sentyabr 2022    Oxunub:1384
Xabarovskun hərbi komissarlığının pəncərəsindən “Molotov kokteyli” atıblar. Nəticədə iki otaq yanıb. Ölən və yaralananlar olmayıb.
Həmçinin, "Baza" nəşrinin məlumatına görə, Amur vilayətinin Svobodnı şəhərində də hərbi komissarlığı yandırmağa cəhd ediblər. Atılan "Molotov kokteyli" binanın fasadına ziyan vurub.

Bundan başqa, Volqoqrad vilayətinin Kamışin şəhərinin rəhbərliyi naməlum şəxslərin Oktyabrskaya küçəsindəki inzibati binaya yanğın törədən əşyalar atdığını bəyan ediblər. Nəticədə binaya cüzi ziyan dəyib.

Nijni Novqorodda hərbi komissarlıq, Tolyattidə isə adminstrasiya yandırılıb
"Kostroma.News" isə Kostromada elan olunan məlum səfərbərliyə görə şəhər hərbi komissarlığının təhqirlərə məruz qaldığını yazıb. Hətta komissarlığın divarına “Anusunu səfərbər et, küçük! Bu, sizin şəxsi ordunuz deyil!" sözləri yazılıb.

Xatırladaq ki, dünən ən azı dörd hərbi komissarlığın yandırılması barədə məlumat yayılmışdı. Bunlar Sankt-Peterburqda, Nijni Novqorodda, Orenburq vilayətində və Zbaykal diyarında baş verib. Tolyattidə isə inzibati binaya molotov kokteyli atılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Yanğın  





Xəbər lenti