"Rusiya bunu öz torpaqlarına hücum kimi qiymətləndirəcək" - Peskov

   "Rusiya bunu öz torpaqlarına hücum kimi qiymətləndirəcək" -    Peskov
  23 Sentyabr 2022    Oxunub:665
"Rusiya Ukraynanın Donbas və digər əraziləri geri qaytarmaq cəhdlərini referendumlarda müsbət nəticə olarsa, öz torpaqlarına hücum kimi qiymətləndirəcək".
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıq şəkildə müvafiq bəyanatla çıxış edib.

Kremlin sözçüsü referendumlar təsdiq olunarsa, Kiyevin bu əraziləri qaytarmaq cəhdlərinin Rusiyaya hücum kimi qiymətləndirilib-verilməyəcəyi sualına cavab verərkən, “Şübhəsiz” deyib.

Bu il sentyabrın 23-dən 27-dək qondarma Luqansk və Donetsk Xalq Respublikalarının, eləcə də Xerson və Zaporojye vilayətlərinin birləşməsi ilə bağlı referendumlar keçirilir. Bu ərazilərin sakinlərinin iradəsinin ilk nəticələri 28 sentyabr 2022-ci ildə məlum olacaq.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti