Əsgər valideynlərindən qorxan erməni deputatlar qaçdılar

    Əsgər valideynlərindən qorxan  erməni deputatlar qaçdılar
  23 Sentyabr 2022    Oxunub:954
İrəvanda yeni tikili binalarda yaşayan hakim partiyanın üzvləri Sentyabrın 14-də evlərini tərk edərək bir neçə günlük başqa ünvanlara köçüblər. AzVision.az xəbər verir ki, bu barədə "Yerevan Today" məlumat yayıb.
Bildirilir ki, ölkədə baş verən son olaylar və əsgər valideynlərinin kütləvi aksiyasından sonra onlara qaçmaq göstərişi verilib. Çünki həmin gün parlamentin önündə xeyli sayda narazı vətəndaş yığılaraq buradan deputatların evlərinin qarşısına etiraz aksiyası üçün gedib.

Əsgər valideynləri erməni deputata hücum etdilər - VİDEO
Müəllif iddia edir ki, deputatlar qəzəbli kütlənin, etirazçıların qorxusundan polis vasitəsilə ailələrinin təxliyyəsini elə təşkil ediblər ki, binaların girişində heç kimlə təmasda olmayıblar.

"Mənbəmiz deyir ki, qonşular polis dəstələrinin Çarav Ağbyur və Eraz rayonlarında evlərin girişinə necə girib-çıxdığını görüblər. Onlar deputatları, nazirləri və onların mühafizəçilərini 2-ci, 11-ci və ya 4-cü mərtəbələrdən necə çıxarıb yola saldığını müşahidə ediblər", - nəşr yazıb.

Xatırladaq ki, narazı əsgər valideynlərinə rəhbərlik edən Karine Tonoyan həmin gün parlamentin qarşısında aksiya təşkil edib. O, baş nazirin impiçmenti üçün səsi lazım olan 18 deputatın, spiker Alen Simonyanın evinə baş çəkəcəklərini bəyan etmişdi. Lakin məlum səbəblərdən, Alen Simonyanın yaşadığı elit binanın Milli Təhlükəsizlik Xidmətinin mühafizəçiləri tərəfindən qorunmasına görə Tonoyan heç ora yaxınlaşa bilməyib.

Ermənistan Polisi isə sentyabrın 14-də polis qruplarının hansı deputatların evinə baş çəkməsi və etirazçılara görə adıçəkilən məmur və deputatların polislə əlaqə saxlayıb -saxlamaması ilə bağlı açıqlama verməkdən imtina edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Deputat  





Xəbər lenti