Rusiya polisi Bakıdan aparılan kəklikotunu marixuana ilə səhv saldı

   Rusiya polisi Bakıdan aparılan kəklikotunu marixuana ilə səhv saldı
  22 Sentyabr 2022    Oxunub:1003
Azərbaycanlı Surqut aeroportunun mühafizə xidmətini "səfərbər" edib.
AzVision.az xəbər verir ki, Bakıdan Rusiyaya aparılan 50 kq kəklikotunu "yaşıl dəhlizdən" keçirmək mümkün olub. Daha sonra rus polisi kəklikotunu marixuana sanıb. Dərhal onları saxlayıb və küllü miqdarda marixuana aşkar etdikləri ilə bağlı akt tərtib ediblər. Məsələni hətta yuxarı instansiyalara çatdırıblar.

Soydaşlarımızın rus dilini bilməməsi işi daha da müşkülə salıb. Sonda tərcüməçi vasitəsilə ifadə verərkən polisləri başa salıblar ki, onlar bu qədər kəklikotuni Nijnevartoskda kafe işlədən dostları üçün aparırlar.

Buna baxmayaraq rus polisi kəklikotunu müsadirə edib, Azərbaycan vətəndaşlarına isə bəyan edilməmiş mala görə inzibati iş açıblar.

AzVision.az





Teqlər:





Xəbər lenti